"Dinamo" "Qəbələ" ilə matçda baş verən hadisələrlə bağlı bəyanat yaydı: "Peşmanıq"

02:30 - 4 İyul 2015

"Dinamo tarixində Azərbaycan futbolunun böyük dəyəri var"
 
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ” Tiflisdə "Dinamo”ya uduzdu (1:2).
 
Sportal.az xəbər verir ki, Gürcüstandakı bu matç həm də qalmaqalla yadda qaldı. Belə ki, matçın sonlarına yaxın "Qəbələ” fanatları olan sektora atılmış fişəng nəticəsində klubun barağı yanıb. Üstəlik, stadionun ikinci yarusunda Qax-Zaqatalanın guya Gürcüstan torpaqları olması barədə pankartlar açılıb. 
 
Bütün bunlarla əlaqədər "Dinamo” rəsmi bəyanat yayıb. Klubun rəsmi saytında yer alan və hətta Azərbaycan dilinə tərcümə edilən mətni diqqətinizə çatdırırıq:
 
"İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolikasının təhqirinə yol verildi.
 
Hadisə oyundan sonra Dinamo Arenadan kənarda baş verib və müvafiq olaraq – Dinamo Tbilisi, təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz. 
 
İkinci yarusda olan banerlərdən birinə gəldikdə isə, onun haqqında stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banerin tribunalardan uzaqlaşdırılması baş verdi.
 
Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında biz dəfələrlə qeyd etdik ki, Dinamo tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün yüksək dərəcədə böyük şərəfdir. 
 
Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək”.

Xəbər xətti