“İnter” çernoqoriyalı futbolçuyla razılığa gəldi
“Mançester Siti”nin hücumçusu Stevan Yovetiç karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunu “İnter” sıralarına qatır.
Londona səfər edən klub prezidenti Erik Toxir çernoqoriyalı forvardın keçidiylə bağlı “şəhərlilər”lə danışıqlar aparıb. İtaliya təmsilçisinin yaxın vaxtlarda Yovetiçlə rəsmi müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, geridə qalan mövsüm “Mançester Siti”nin heyətində 17 oyuna çıxan futbolçu 5 qol vurub.
saytlarin hazirlanmasi