İstanbul təmsilçisi almaniyalı hücumçuyla müqavilə bağlayır
“Qalatasaray” klubunun heyətinə qatmaq istədiyi Lukas Podolski ilə razılığa gəlib.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçuyla görüşən “sarı-qırmızılılar”ın rəsmiləri ondan müsbət cavab alıb.
Bu keçidin reallaşması üçün “Arsenal”la bəzi detalları müzakirə edən İstanbul təmsilçisi sonda istəyinə çatıb. Lukas Podolskinin yaxın günlərdə “Qalatasaray”la rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 2012-ci ildən “Arsenal”da çıxış edən 30 yaşlı hücumçu 2014/15 mövsümünün ikinci hissəsini İtaliya “İnter”ində icarə əsasında keçirib.
saytlarin hazirlanmasi