“Yaxın günlərdə türkiyəli futbolçuyla müqavilə bağlayacağıq”
“Barselona”nın prezidenti Xosep Bartomeu türkiyəli futbolçu Arda Turanın keçidiylə bağlı məsələyə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, kataloniyalıların rəhbəri türkiyəli futbolçunu yaxın günlərdə “Barselona”yla müqavilə bağlayacağını bildirib.
Klub prezidenti türkiyəli futbolçunu baş məşqçi Luis Enrikenin istəyiylə aldıqlarını deyib:
“Luis Enrikenin istəyiylə Arda Turanı alırıq. Türkiyəli futbolçunun keçidi 35 milyon avroya başa gələcək. Yaxın günlərdə onunla rəsmən müqavilə bağlayacağıq. Lakin klubumuza transfer qadağası qoyulduğu üçün yeni futbolçular komandaya bir qədər gec qoşulacaq”.
saytlarin hazirlanmasi