AFFA Məşqçilər Komitəsinin üzvləri klublarımızın avrokubok oyunlarını izləyəcək

11:02 - 4 İyul 2015

Hacıyev "Qarabağ"ın matçında

 

AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ" klublarının oyunlarını izləyəcək.

 

Sportal.az xəbər verir ki, komitə sədri Vaqif Sadıqov məlumat verib.

 

O bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"ın Monteneqro "Rudar"ı ilə qarşılaşmasını Böyükağa Hacıyev izləyəcək. Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda baş tutacaq "Mladost" - "Neftçi" görüşünə baxmağa Ağasəlim Mircavadov gedəcək.

 

Bakıda və Qəbələdə keçiriləcək "İnter" - "Laçi" (Albaniya) və "Qəbələ" - "Dinamo" (Tiflis) oyununu isə Vaqif Sadıqov və Şakir Qəribov izləyəcək. (Report)

Xəbər xətti