"Şəhərlilər" "Roma"dan Dzekoya görə nə qədər tələb edir?

12:10 - 4 İyul 2015

İtaliyaya gedəcək?

 

Adı "Roma" ilə hallanan "Mançester Siti"nin bosniyalı futbolçusu Edin Dzekonun komandanı tərk edib-etməyəcəyi maraqla gözlənilir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu üçün "şəhərlilər" "Roma"dan 20 milyon avro tələb edir. 3 il daha "Mançester Siti" ilə müqaviləsi olan Dzekonun "Roma"ya gedəcəyi sual altındadı.

 

Qeyd edək ki, Dzeko İngiltərədə illik 5,5 milyon avro qazanır.

Xəbər xətti