"Yuventus"a gələ bilər
"Çelsi"nin kolumbiyalı futbolçusu Xuan Kuadrado karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu növbəti mövsüm "Yuventus"da icarə əsasında çıxış edə bilər.
Qeyd edək ki, ötən mövsümün qış transfer pəncərəsində "Fiorentina"dan "Çelsi"yə keçən Kuadrado "zadəganlar"ın heyətində cəmi 12 matça çıxıb.
saytlarin hazirlanmasi