"Mladost"da "Neftçi" ilə matç öncəsi itki

18:22 - 4 İyul 2015

Laqata zədələnib
 
Çernoqoriyanın "Mladost" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab matçına ciddi itki ilə çıxa bilər.
 
Sportal.az xəbər verir ki, buna səbəb Bakıdakı ilk oyunda vurulan qollardan birinin müəllifi - Duşan Laqatanın zədələnməsidir. Lakin hələlik, onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Laqatanın iyulun 9-da keçiriləcək cavab görüşündə meydana çıxıb-çıxmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Xəbər xətti