Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək
İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq.
Sportal.az-ın xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.
Oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotoların nümayiş olunacağı sərgi iyulun 22-dək davam edəcək. Tədbirdə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqənin qalibləri mükafat və diplomlarla təltif olunacaqlar.
saytlarin hazirlanmasi