"Beşiktaş" da alman futbolçu aldı FOTO

20:19 - 4 İyul 2015

3+1 illik müqavilə imzalanıb
 

 

İstanbulun "Beşiktaş" klubu növbəti transferini gerçəkləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qara qartallar” "Hoffenhaym"ın müdafiəçisi Andreas Beki heyətinə cəlb edib. Alman müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Bu transfer üçün "Beşiktaş" alman klubuna 1 milyon 700 min avro ödəyib.

 

Xəbər xətti