Ondrey Duda 5 il "İnter"də
İtaliyanın “İnter” klubu “Legiya”nın yarımmüdafiəçisi Ondrey Dudanı transfer edib.
Sportal.az İtaliya KİV-lərinə istinadən xəbər verir ki, Milan təmsilçisi slovakiyalı futbolçunun transferi üçün polşalılara 5 milyon avro ödəyib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanması planlaşdırılır.
Qeyd edək ki, Duda Slovakiya milli komandasında 3 oyunda meydana çıxaraq 1 qol vurub. O, ötən mövsüm “Legiya”da isə 39 qarşılaşmada 8 dəfə rəqib qapılarına yol tapıb.
saytlarin hazirlanmasi