"Dinamo"nun prezidenti və baş məşqçisi həbs oluna bilər

01:13 - 5 İyul 2015

Mamiç qardaşları 17 milyon yeyintiyə yol verib   
 
Zaqreb “Dinamo”sunun prezidenti Zdravko və baş məşqçisi Zoran Mamiç qardaşları maliyyə fırıldağında ittiham olunurlar.
 
Sportal.az xəbər verir ki, 2008-ci ildən Xorvatiya təmsilçisinə başçılıq edən qardaşlar klubda pul yeyintisinə yol veriblər.
 
Audit yoxlamalar nətəcəsində zaqreblilərin büdcəsindən 17 milyon dolların yoxa çıxdığı üzə çıxıb. İstintaq araşdırmalarında məlum olub ki, klub rəhbəri və baş məşqçi vergidən yayınaraq, futbolçuların transferindən əldə etdiyi gəlirləri də mənimsəyib. Bunun hesabına Mamiç qardaşları özlərinə istirahət məkanları olan yerdə bağ və villalalara sahib olublar.
 
Xorvatiyada hüquq mühafizə orqanı qardaşların “Dinamo” klubuna vurduğu ziyanı nəzərə alaraq, onlara cinayət işi açıb. Odur ki, məhkəmə qarşısında cavab verəcək klub rəhbəri və baş məşqçinin həbs olunacağı gözlənilir.   

Xəbər xətti