"Valensiya" 19 yaşlı hücumçuyla anlaşdı

01:23 - 5 İyul 2015

Santyaqo Mina “yarasalar”la 5 illik müqavilə bağladı
 
“Selta” klubunun hücumçusu Santyaqo Mina növbəti mövsümü daha da iddialı komandada keçirəcək.
 
Sportal.az xəbər verir ki, viqolularla müqaviləsi gələn ilin yayında başa çatacaq 19 yaşlı futbolçu “Valensiya” klubuna transfer olunub.
 
“Selta”da uğurlu oyunu ilə diqqəti çəkən Mina “yarasalar”la 5 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, ötən mövsüm İspaniya La Liqasında 24 oyun keçirən hücumçu 9 qol vurub və 4 məhsuldar ötürmə edib.    

Xəbər xətti