Konqolu futbolçu "Tottenhem"in təklifini qəbul etmədi

01:32 - 5 İyul 2015

Yannik Bolasi komandasına sadiq qaldı
 
Konqo millisinin aparıcı üzvü Yannik Bolasi növbəti mövsümü “Kristal Palas”da keçirəcək.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu “Tottenhem”ə keçidinə razılıq verməyib.
 
İngiltərə mətbuatına açıqlama verən Bolasi komandasını dəyişməyə ehtiyac görmədiyini deyib:
 
“Kristal Palas”da özümü rahat hiss edirəm. Belədə komandamı dəyişməyə ehtiyac görmürəm. Hələ bilmək olmaz ki, qarşıda məni nə gözləyir. Ola bilsin ki, daha yaxşı təkliflər gəlsin. Ona görə də, növbəti mövsümü “Kristal Palas”da keçirəcəyəm. Ondan sonra gələn dəvətləri dəyərləndirəcəyəm”.
 
Xatırladaq ki, İngiltərə Premyer Liqasında 107 oyuna çıxan Bolasi 7 qol vurub və 21 məhsuldar ötürmə verib.             

Xəbər xətti