Xose Mauri “rossonerilər”lə müqavilə bağlayır
Növbəti mövsümmə hazırlıq görən “Milan” klubu heyətinə daha bir futbolçu qatır.
Sportal.az xəbər verir ki, “Parma”nın müflis olması “rossonerilər”in işinə yarayıb.
“Milan” klubu ötən mövsüm “Parma”da çıxış edən Xose Maurini transfer edib. 19 yaşlı ispaniyalı yarımmüdafiəçi azad agnet statusuyla milanlıların sıralarına qoşulacaq. Sabah tibbi baxışdan keçəcək futbolçu klubla rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, ötən mövsüm A seriyasında 35 oyun keçirən Xose Mauri 2 qol vurub.
saytlarin hazirlanmasi