Miloş Yoyiç klubunu dəyişir
Dortmund “Borussiya”sında forma geyinən Miloş Yoyiç klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, serbiyalı futbolçu növbəti mövsüm “Köln”ün uğurları üçün tər tökəcək.
23 yaşlı yarımmüdafiəçinin keçidiylə bağlı tərəflər 2 milyon avro qarşılığında razılığa gəliblər.
Xatırladaq ki, “Partizan” klubunun yetirməsi olan futbolçu ötən mövsüm Bundesliqada 14 oyun keçirib.
saytlarin hazirlanmasi