Emil Balayev üçün əla fürsət: "Ayntraxt"ın qapıçısı PSJ-yə keçdi

02:46 - 5 İyul 2015

Fransa çempionu Kevin Trappla müqavilə bağlayır  
 
“Ayntraxt” klubunun qapıçısı Kevin Trapp yol üstədir.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı kiper karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.
 
Kevin Trappın transferi qarşılığında parislilər Frankfurt təmsilçisinə 9,5 milyon avro ödəyəcək. Yaxın günlərdə tibbi baxışdan keçəcək almaniyalı “çərçivə” qoruyucusunun PSJ klubuyla 2019-cu ilə qədər müqavilə bağlayacaq. Bundesliqda 23 oyuna çıxan qolkiper həm də milli komandamızın qapıçısı Emil Balayevin “Aytraxt”da əsas rəqiblərindən biri sayılırdı.             

Xəbər xətti