Baxışa gələn futbolçularla məşq
Bildiyiniz kimi "Xəzər Lənkəran" Futbol Klubu yay təlim-məşq toplanışı ilə əlaqədar qardaş ölkə olan Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində yerləşən "Mustafa" otelində məskunlaşıb.
Sportal.az xəbər verir ki, təlim-məşq prosesidə otelə məxsus futbol meydançasında keçirilir. Dünən təlim-məşq toplanışının altıncı günü idi. Komanda səhər məşqinə çıxmayıb. Səbəb isə futbolçulara istirahətin verilməsi olub. Ötən gün keçirilən axşam məşqində həm fiziki, həm də toplu çalışmalara daha üstünlük verilib.
Qeyd edək ki, hal-hazırda komandanın düşərgəsində yeni baxışa gələn legionerlər Diego Souza, Pavel Kapsa, Rafael Karletti (Rafinya) və xorvat hücumçu Ante Mitroviçdə var. (xl-fans.com)