"Qarabağ"ın rəqibi qələbə qazandı

13:30 - 5 İyul 2015

"Lokomotiv"dən iki cavabsız qol
 
Azərbaycan çempionu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsindəki növbəti rəqibi - Rusiya "Lokomotiv"i yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Moskva klubu Bolqarıstan "Ludoqorets"i ilə qarşılaşıb. Matç rusiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, "Qarabağ"la "Lokomotiv" iyulun 7-də baş tutacaq.

Xəbər xətti