Braziliyalı Hindistanda çalışacaq
"Real"ın keçmiş müdafiəçisi Roberto Karlos Hindistanın "Deli Dinamos" futbol omandasının baş məşqçisi təyin edilib.
Sportal.az xəbər verir ki, müqavilənin müddəti açıqlanmır.
İyun ayının əvvəlində Karlosun Qatarın "Əl-Ərəbi" klubunun baş məşqçisi olacağı bildirilirdi.
Qeyd edək ki, yanvar ayından Karlos Türkiyənin "Akhisar Belediyespor" komandasının məşqçisi olub. Sivassporda 2013-2014-cü illər ərzində gördüyü işə görə 2014-cü ilin dekabr ayında Türkiyənin ən yaxşı məşqçisi adına layiq görülüb.
saytlarin hazirlanmasi