Qarşılaşmada 8 qol
Azərbaycanın deputat və nazirləri rusiyalı həmkarları ilə futbol matçında üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, millət vəkillərindən Azərbaycan komandasını Fazil Mustafa və Adil Əliyev təmsil edib. Həmçinin Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirləri də çıxış edib.
Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər oyunda öz məharətlərini göstəriblər. Azərbaycan komandasının baş məşqçisi isə Vaqif Sadıqov olub.
Görüş rusların qələbəsi ilə başa çatıb - 6:2.
saytlarin hazirlanmasi