Sabiq "Bavariya"lı Qazaxıstan klubunda

20:35 - 5 İyul 2015

"Kayrat"da çıxış edəcək

 

Qazaxıstanın “Kayrat” klubu Ukrayna millisi və “Zenit”in təcrübəli yarımmüdafiəçisi Anatoli Timoşuku heyətinə qatıb.

 

Sportal.az Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Timoşuk “Kayrat”da 44 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, 2000-ci ildən Ukrayna millisində çıxış edən Timoşuk, 131 oyunda 4 qol vurub. 

 

Qeyd edək ki, Timoşuk bir vaxtlar Almaniya nəhəngi "Bavariya"nın da şərəfini qoruyub.

Xəbər xətti