Futbolda belə hesab da olarmış: 38:0

00:07 - 6 İyul 2015

Yeni rekord qeydə qalınıb
 
Sakit okean hövzəsi ölkələrinin iştirakı ilə keçirilən futbol turnirində yeni rekord qeydə alınıb.
 
Sportal.az xəbər verir ki, Fici adalarının futbolçuları Mikroneziya komandasına 38:0 hesabı ilə qalib gələrək beynəlxalq futbol turnirlərinin ən məhsuldar nəticəsinə imza atıblar.Qollardan onunu bir futbolçu - Fici komandasının hücumçusu Atonio Tuyvuna vurub.
 
Qeyd edək ki, indiyə qədər beynəlxalq futbol turnirlərinin ən məhsuldar qarşılaşması 2001-ci ildə keçirilən Avstraliya - Amerika Samoası komandalarının oyunu hesab olunurdu. Bu qarşılaşma avstraliyalıların 31:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər xətti