"Mançester Yunayted"dən "Qalatasaray"ın futbolçusuna 35 milyon avro

12:36 - 6 İyul 2015

Muslera Premyer Liqada?

 

"Qalatasaray"ın uruqvaylı qolkiperi Fernando Muslera karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə yaxından maraqlanan "Mançester Yunayted" qapıçı üçün 35 milyon avroluq təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, Muslera geridə qalan mövsümdə "Qalatasaray"ın heyətində çıxdığı 32 matçda qapısında 29 qol görüb.

Xəbər xətti