"Real" "Yuventus"un futbolçusu ilə razılığa gəldi

14:38 - 6 İyul 2015

Arturo Vidal "Real"a keçə bilər

 

İtaliyanın “Yuventus” klubu daha bir aparıcı futbolçusunu itirə bilər.

 

Sportal.az xəbər verir ki,  turinlilərin yarımmüdafiəçisi Arturo Vidal karyerasını “Real”da davam etdirməyə yaxındı.

 

“Kral klubu” çilili oyunçu ilə anlaşıb və Vidal İspaniyayada oynamağa razılıq verib. “Yuventus” da 28 yaşlı oyunçunu satmağa razılıq verib. Ancaq “Yuve” Amerika kubokunun ən yaxşı oyunçusunu 30 milyon avrodan ucuz qiymətə buraxmayacağını bəyan edib.

Xəbər xətti