Bürünc medal
Azərbaycan yığması Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Yay Universiadasında ilk medalını qazanıb.
Sportal.az xəbər verir ki, iyulun 2-də start götürən yarışda fərqlənən ilk idmançımız cüdoçu Hüseyn Rəhimli olub.
20 yaşlı təmsilçimiz 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların yarışında fərqlənib. Rəhimli keçirdiyi 6 görüşdən 5-də qalib gələrək, Universiadanın bürünc mükafatını əldə edib.
Qeyd edək ki, Kvanju-2015 Yay Universiadasına iyulun 14-də yekun vurulacaq.
saytlarin hazirlanmasi