Baş hakimi Amori Deleryu olacaq
"Qəbələ" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Tiflis "Dinamo"su ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, artıq bu matçın hakimləri də müəyyənləşib.
Qəbələ şəhər stadionunda keçiriləcək oyunu fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Amori Deleryu olacaq. Ona həmyerliləri Loren Stiyen və Maykl Annonier köməklik edəcək. Sebastian Moreyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 9-da keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüş təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.