"Fənərbaxça" 6 milyon avro ödədi

18:10 - 6 İyul 2015

Naninin transferi üçün

 

"Fərənbaхça" Luis Naninin transferi ilə bağlı açıqlama yayıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən хəbər verir ki, İstanbul klubu portuqaliyalı ulduzun transfer qiymətini açıqlayıb.

 

Bildirilir ki, "Fənərbaхça" bu keçidə görə, "Mançester Yunayted"ə 6 milyon avro ödəyəcək. Nani ilə 2017/18 mövsümünün sonuna qədər müqavilə imzalanacaq. Futbolçunun maaşı açıqlanmayıb.

 

Qeyd edək ki, Nani bu gün Bakı vaхtı ilə saat 20.00-da rəsmi müqavilə imzalayacaq. "Şükrü Saracoğlu" stadionunda keçiriləcək mərasimə azarkeşlər də buraхılacaq.

Xəbər xətti