"Ondan sonra açıqlama verəcəyik"
Bir neçə gün əvvəl yayımlanan və gündəmi silkələyən Azərbaycanın qadın cüdoçularının problemləri ilə bağlı xəbərdən sonra Gənclər və İdman Nazirliyində iş aparılır.
Sportal.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O bildirib ki, hazırda bu mövzuda heç nə danışa bilməzlər:
“Həmin açıqlamadan xəbərimiz var və bununla bağlı müəyyən işlər gedir. Ondan sonra açıqlama verəcəyik”.
Qeyd edək ki, sözügedən açıqlamada cüdoçular federasiyada vəziyyətin gərgin olduğunu və prezident Füzuli Ələkbərovun onlarla maraqlanmadığını qeyd etmişdilər.
saytlarin hazirlanmasi