"Qəbələ" daha bir legioner transfer edir

00:07 - 7 İyul 2015

"Qəbələ şəhər stadionunda təhlükəsizlik yüksək səviyyədə olacaq"
 
"Qəbələ" klubu yeni futbolçu transferinə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
 
Klub rəsmisi həmin futbolçunun kimliyini açıqlamasa da, yaxın 2-3 gün ərzində məsələyə aydınlıq gələcəyini bildirib: "Hücumameyilli oyunçu ilə danışıqlar aparırıq. Onu deyə bilərəm ki, yerli futbolçu deyil".
 
Nəcəfov Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünə hazırlıqların qaydasında getdiyini bildirib. O, oyunla bağlı təhlükəsizlik məsələlərinə də aydınlıq gətirib. Vitse-prezident Gürcüstanda keçirilmiş ilk görüşdə yerli azarkeşlərin davranışının qarşılığında Qəbələdə analoji hadisənin baş verməməsi üçün tədbirlərin görüləcəyini deyib. O, azarkeşlərin sosial şəbəkələrdəki müzakirələrinə münasibət bildirmək istəməyib: "Klub rəsmisi olaraq deyə bilərəm ki, Qəbələ şəhər stadionunda təhlükəsizlik yüksək səviyyədə olacaq".
 
Qeyd edək ki, iyulun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 21.00-da start götürəcək.

Xəbər xətti