"Mordoviya" "Qarabağ"ın rəqibini darmadağın etdi

01:15 - 7 İyul 2015

Çernoqoriya çempionu Rusiya təmsilçisiylə bacarmadı 
 
Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” doğma meydanda Çernoqoriya çempionu "Rudar"ı sınağa çəkəcək.
 
Sportal.az хəbər verir ki, Çernoqoriya təmsilçisi “Qarabağ”la oyuna ciddi hazırlıq görür.
 
Belə ki, “Rudar” təlim-məşq toplanışında Yuri Syominin sabiq komandası “Mordoviya” ilə yoxlama matçında qüvvəsini sınayıb. Bu görüşdə üstün oyun nümayış etdirən Rusiya təmsilçisi rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
 
“Mordoviya” (Rusiya) – “Rudar” (Çernoqoriya)  4:2

Xəbər xətti