Bonuççi “Yuventus”la yeni müqavilə bağlayır
“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi klubu tərk etmək niyyətində deyil.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Madrid “Real”ından gələn təklifi qəbul etməyib.
Turin təmsilçisində qalmağa üstünlük verən Bonuççi yaxın günlərdə yeni müqavilə bağlayacaq. İtaliya millisinin aparıcı üzvünün “ağ-qaralar”la müqavilə müddətini 2020-ci ilə qədər artıracağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm ümumilikdə 52 oyun keçirən müdafiəçi 4 qol vurub.
saytlarin hazirlanmasi