Millimizin məşqçiləri Avropa Liqasının oyunlarında

11:27 - 7 İyul 2015

Prosineçki göstəriş verdi

 

Azərbaycan millisinin məşqçiləri avrokubok oyunlarını izləyəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın çalışdırıcıları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları zamanı təmsilçilərimizin matçlarına stadiondan baxacaq.

 

Millinin baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya), Mahmud Qurbanov  “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasını izləyəcək. Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.

Xəbər xətti