Rami ilə 4 illik müqavilə
"Sevilya" "Milan"ın müdafiəçisi Adil Raminin transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Tibbi müayinədən uğurla keçən 29 yaşlı futbolçunun bu gün rəsmi təqdimat mərasimi olacaq.
Qeyd edək ki, 2014-cü ildə "Valensiya"dan "Milan"a transfer olunan Rami İtaliya təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi