İstanbul təmsilçisi Vaqner Lava təklif göndərdi
“Korintians” klubunda forma geyinən Vaqner Lav karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun keçidiylə “Beşiktaş” hücumdakı boşluğu aradan qaldırmaq istəyir.
Demba Banın Çinin “Şanxay Şenxua” klubuna keçəcəyini ehtimal edən istanbullular Vaqner Lava təkilf göndərib. Əgər tərəflər qarşılıqlı razılığa gələrsə, onda 31 yaşlı forvard “Qara qartallar”a 4 milyon avroya başa gələcək. Bir vaxtlar Rusiya ÇSKA-sında forma geyinmiş brazilyalı futbolçu Çempionlar Liqasının təsnifat mərhələsində ölkəmizi təmsil etmiş “Neftçi”ylə oyunda qaol vuraraq komandasına 2:0 hesabı qələbə qazandırıb.
Qeyd edək ki, Braziliya çempionatında “Korintians”ın heyətində 8 oyuna çıxan Vaqner Lav 3 qol vurub.
saytlarin hazirlanmasi