“Linkoln” Andorra təmsilçisini sıradan çıxartdı
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin cavab oyunları çərçivəsində 4 qarşılaşma baş tutub.
Cavab oyunlarından sonra II təsnifat mərhələsinə qatılacaq son komandaları müəyyənləşdirib.
TNS ilk matçda olduğu kimi cavab qarşılaşmasında da qalib gəlib.
Evdə əldə etdiyi minimal fərqli qələbəni qorumalı olan Ermənistan “Pünik” vəzifəsinin öhdəsindən artıqlaması ilə gəlib. Mənfur qonşularımız ilk oyunda olduğu kimi cavab matçında da 2:1 hesablı qələbə qazanıb.
Digər iki cütdə ilk oyun qolsuz başa çatdığından hər şeyə ikinci oyunda aydınlıq gəlib.
Çempionlar Liqası I təsnifat mərhələsi, cavab oyunları
“Levadiya” (Estoniya) - “Kruzaders” (Şimali İrlandiya) 1:1 (İlk oyun 0:0)
Qollar: Luts, 22 - Karvill, 4
“Santa Koloma” (Andorra) - “Linkoln” (Cəbəllütariq) 1:2 (İlk oyun 0:0)
Qollar: Lima, 44 - Bardon, 48, Kasiaro, 64
TNS (Uels) - B-36 (Farer adaları) 4:1 (İlk oyun 2:1)
Qollar: Vilde, 15, 27, 47, Villiams, 89 - Siesleviç, 90
“Folqor” (San-Marino) - “Pünik” (Ermənistan) 1:2 (İlk oyun 1:2)
Qollar: Traini, 66 - Hovanisyan, 6, Satumyan, 44
saytlarin hazirlanmasi