"Qalatasaray"ın sabiq hücumçusu İtaliya klubunda

02:45 - 8 İyul 2015

Makedoniyalı futbolçu “Cenoa”yla müqavilə bağladı 
 
“Qalatasaray”la müqaviləsi başa çatan Qoran Pandev karyerasını yenidən İtaliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisində ümidləri doğrultmayan makedoniyalı futbolçu “Cenoa” klubuyla razılığa gəlib.
 
Tibbi baxışdan keçən təcrübəli hücumçu İtaliya təmsilçisiylə 2 illik müqavilə bağlayıb. Ötən mövsümün əvvəlində “Qalatasaray”a transfer olunan futbolçu Türkiyə Superliqasında 3 oyun keçirib.
 
Qeyd edək ki, Qoran Pandev 2010-cu ildə İtaliya “İnter”ində Çempionlar Liqasının qalibi olub.        

Xəbər xətti