De Souza da gəldi
“Fənərbaxça” yay transfer dönəmində daha bir futbolçu ilə heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bülbüllər" "Sao Paulo"nun braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə 4 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun "Fənərbaxça"ya nə qədərə başa gəldiyi hələlik bəlli deyil.
Qeyd edək ki, sambaçının komandaya gəlişi "Fənərbaxça"nın yay transfer pənəcərəsində etdiyi 7-ci ardıcıl transferidir.
saytlarin hazirlanmasi