"Fənərbaxça"dan ayrılan futbolçu "Əl-Əin"də

11:09 - 8 İyul 2015

İcarəyə verildi

 

"Fənərbaxça"nın hücumçusu Emanuel Emenike karyerasını BƏƏ-də davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "bülbüllər"də 1 il daha müqaviləsini artıran futbolçu icarə əsasında "Əl-Əin"də çıxış edəcək. Nəzərinizə çatdıraq ki, daha öncə "Fənərbaxça"nın daha bir futbolçusu Mitoslav Stok da "Əl-Əin"ə icarəyə verilmişdi.

 

Qeyd edək ki, 28 yaşlı nigeriyalı futbolçu ötən mövsüm "Fənərbaxça"nın heyətində cəmi 4 qolla yadda qalıb.

Xəbər xətti