"Kayserispor"un yeni baş məşqçisi rəsmən açıqlandı

11:37 - 8 İyul 2015

Kafkas yenidən Kayseridə

 

Növbəti mövsüm yenidən Türkiyə Super Liqasında çıxış edəcək "Kayserispor"un baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin saqbiq komandası olan Kayseri təmsilçisini bundan sonra Tolunay Kafkas çalışdıracaq. Kafkas daha öncə də "Kayserispor"un uğurları üçün çalışıb.

 

Qeyd edək ki, Kafkasın ictimaiəyyətə təqdimatı bu gün baş tutacaq.

Xəbər xətti