"Proyssen"də baxışdadı
Ötən mövsümü AZAL-da keçirən hücumçu Freddi Mombonqo karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu 3-cü Bundesliqa təmsilçisi "Proyssen"in düşərgəsində baxışdadı. Əgər futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə konqolu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, futbolun sirlərini Almaniyada öyrənən hücumçu 2003-cü ildən 2008-ci ilə qədər bu ölkənin bir neçə aşağı liqa klubunda çıxış edib.
saytlarin hazirlanmasi