Ruslan Tağızadə Türkiyə klubunda

17:58 - 8 İyul 2015

"Boluspor"la razılığa gəlib

 

 Premyer Liqanın debütantı “Zirə” yeni transferlərindən biri ilə yollarını ayırıb.

 

 Sportal.az xəbər verir ki, paytaxt klubunun yenicə heyətinə qatdığı Ruslan Tağızadə komandanı tərk edib.

 

Ötən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılaraq “Zirə” ilə anlaşan gənclər yığmamızın sabiq üzvü karyerasını ölkə xaricində davam etdirəcək. Belə ki, 22 yaşlı müdafiəçi Türkiyənın I liqa təmsilçisi “Boluspor”la razılığa gəlib. (apasport)

Xəbər xətti