Sportal.az-ın daha bir xəbəri təsdiqləndi, Leroy rəsmən Türkiyə klubunda FOTO

19:43 - 8 İyul 2015

İki illik müqavilə
 
"Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun yeni klubu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, hollandiyalı oyunçu Türkiyə birinci liqa təmsilçisi "Göztepe"yə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. L.Corcla iki illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, L.Corc  ötən ay müqaviləsi başa çatdığı üçün "Qarabağ"dan ayrılıb. Qeyd edək ki, LEroyun "Göztepe" ilə razılaşdığını dünən məhz sizlərə özəl olaraq xəbər vermişdik. (http://sportal.az/?goal=news&id=58661)
 

Xəbər xətti