"Dinamo"nun baş məşqçisi: "Psixoloji cəhətdən hər hansı problem yaşamamalıyıq"

20:42 - 8 İyul 2015

"Şanslar 50-nin 50-yədir"
 
“Əminəm ki, sabah hər iki komnda üçün çox çətin oyun olacaq. Şanslar 50-nin 50-yədir”.
 
Sportal.az futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Dinamo”nun baş məşqçisi Gia Qequçadze deyib.
 
Qəbələdə oyunöncəsi mətbuat konfransı keçirən gürcü mütəxəssis heyətdə itkilərinin olduğunu bildirb: “Oyuna tam gücümüzlə hazırlaşırıq. İlk oyunda olduğu kimi bu dəfə də itkilərimiz var. Bir zədəli ilə yanaşı, ilk oyunda qırmızı vərəqə alan cəzalı futbolçumuz da var. Heyəti hələ müəyyənləşdirməmişəm”.  
 
“Cütün taleyini həll etmək üçün əsas nədir” sualını Qequçadze belə cavablandırıb: “Əsas futbolçuların oyuna necə yanaşmasıdır. Xarakter və hazırlıq böyük rol oynayacaq. İlk oyundakı nəticəni unutmalıyıq”.
 
 “Dinamo”nun çalışdırıcısı azarkeş amilindən də söz açıb: “Sabah stadionun dolu olacağını gözləyrik. Bu, meydan sahibləri üçün üstünlükdür. Komandamızda gənclər təşkil etsə də, psixoloji cəhətdən hər hansı problem yaşamamalıyıq. Çünki futbolçu meydana çıxanda yalnız öz oyununu düşünməlidir”.

Xəbər xətti