Arda Turandan "Qalatasaray" açıqlaması

00:44 - 9 İyul 2015

"Yanvar ayına qədər heç bir klubda oynamağı düşünmürəm"
 
"Barselona"nın yeni transferi Arda Turan yanvar ayına kimi icarə əsasında "Qalatasaray"da oynayacağı iddialarına münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi bu xəbərləri təkzib edib:
 
"Yanvar ayına qədər heç bir klubda oynamağı düşünmürəm. Sonra da illərdir şərəfini qorumağı arzuladığım "Barselona"da çıxış edəcəm".
 
Qeyd edək ki, A.Turan Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. "Barselona"ya verilən transfer cəzası səbəbindən o, yanvara kimi yeni komandası ilə matçlarda iştirak edə bilməyəcək.

Xəbər xətti