"Seltik" belçikalı qapıçıyla anlaşdı

01:43 - 9 İyul 2015

Şotlandiya təmsilçisi Loqan Baylli ilə 3 illik müqavilə bağladı
 
Ötən mövsümü Belçikanın ikinci divizonunda “Leven”də keçirən qapıçı Loqan Baylli karyerasını Şotlandiyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiperlə “Seltik” klubu 3 illik müqavilə imzalayıb.
 
2008-2011-ci illərdə Münhenqladbax “Borussiya”sında çıxış edən “çərçivə” qoruyucusu Bundesliqada 61 oyun keçirib.
 
Qeyd edək ki, təcrübəli kiper Belçikada “Genk”, “Ksamaks” və “Leven” klublarında oynayıb.    

Xəbər xətti