Braziliyalı futbolçuya videonun yayılması pis təsir edib
“Barselona”lı hücumçu Neymarın dostları ilə birgə evdə əyləndiyi video çəkiliş ortaya çıxıb.
Sportal.az xəbər verir ki, içkili vəziyyətdə olan braziliyalı ulduzun videosunun yayılması ona pis təsir edib.
Evdə dostlarıyla əyləndiyini deyən Neymar onlara qonaq gələn şəxsin telefon vasitəsiylə video çəkildiyini etiraf edib:
“Mən dostlarımla evdə əylənirdim. Istirahətdə olduğum üçün içki qəbul etdim. Lakin evimə tanımadığım bir şəxs qonaq gəldi. Açığı, onun məni telefona çəkdiyini hiss etmədim. Bəlkə içkili olduğum üçün bunu görə bilmədim. Lakin ondan bunu gözləmirdim. Hər halda xəbər etmədən video çəkmək və həmin kadrları yaymaq düzgün deyil. Bunu edən şəxs tez bir müddətdə cəzasını alacaq”.