"Napoli" David Astorini sıralarına qatdı

02:28 - 9 İyul 2015

Neapol təmsilçisi müdafiəçiylə 4 illik anlaşdı
 
“Napoli” rəhbərliyi “Kalyari”də forma geyinən David Astorinin keçidini həll edib.
 
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi 5,5 milyon avro qarşılığında 28 yaşlı futbolçunu heyətinə qatıb.
 
İlinə 900 min avro maaş alacaq futbolçu “Napoli” klubuyla 4 illik müqavilə bağlayacaq. Geridə qalan mövsüm “Roma”da icarə əsasında çıxış edən Astori A seriyasında 30 oyuna 1 qol vurub.      

Xəbər xətti