İllik 500 min avro
Rumıniya millisinin sabiq üzvü Adrian Mutu karyerasını Hindistanda davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Hindistanın "Puna Siti" komandası ilə müqavilə imzalayıb. O, burada illik 500 min avro qazanacaq.
Qeyd edək ki, hazırda Hindistan çempionatında Alessandro Del Pyero, Elano və Nikola Anelka kimi ulduz futbolçular çıxış edir.
saytlarin hazirlanmasi