Transfer yekunlaşmaq üzrədi
Xəbər verdiyimiz kimi, "Mançester Yunayted"in hollandiyalı ulduz futbolçusu Robin Van Persi karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, Van Persi "Fənərbaxça" üçün İngiltərədə tibbi müayinədən keçib. Yaxın günlərdə hollandiyalı futbolçu İstanbula gələrək rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Fənərbaxça" bundan öncə Luiş Nani transferi ilə dünya idman mətbuatının gündəmini zəbt etmişdi.
saytlarin hazirlanmasi